DİN qəbiristanlıqlara girişlə bağlı bəyanat yayır
Daxili İşlər Nazirliyinin bölmələri bütün Gürcüstan ərazisini, səhər saatlarından qəbiristanlıqlara giriş yollarını və tətbiq edilmiş qaydaların yerinə yetirilməsi prosesini intensiv şəkildə nəzarətdə saxlayır.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verir.
Verilən məlumata görə, polis əməkdaşları həm paytaxtda, həm də bölgələrdəki qəbiristanlıqlarda mövcud qaydalara nəzarət edirlər.
Məhdudiyyətlər pozulduğu təqdirdə şəxslər 2000 lari məbləğində cərimə olunacaq.
Qadağa yalnız dəfn prosesinə şamil edilmir.
Koronavirusun yayılmasının qarşısını almaq üçün Gürcüstan ərazisindəki bütün şəxslərin Gürcüstan xalq sağlamlığı qanunvericiliyinin tələblərinə riayət etmələri vacibdir. Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır.


