Xəstəliklərə Nəzarət Mərkəzi kovid pasport konsepsiyasını gələn həftə Səhiyyə Nazirliyinə təqdim edəcək
"Milli Xəstəliklərə Nəzarət Mərkəzi artıq Kovid pasport konsepsiyasını hazırlayıb".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze məlumat verib.
Onun sözlərinə görə, konsepsiya gələn həftə Səhiyyə Nazirliyinə təqdim ediləcək və daha sonra Koordinasiya Şurası çərçivəsində müzakirələr davam edəcək.
“Dünən pasportun ilk testini Xəstəliklərə Nəzarət Mərkəzində etdik. Gələn həftə pasportu Nazirliyə təqdim edəcəyik və daha sonra Koordinasiya Şurasına fəaliyyət prinsipini və bu pasportun necə istifadə olunacağını təqdim edəcəyik. Pasportda bir neçə məlumatlar veriləcək, ilk növbədə peyvənd statusu və əgər şəxs PCR testinidən keçmişsə və bəlkə də üçüncüsü- pasportda şəxsin kovid keçirib-keçirməməsi daxil ediləcək. Bu məlumat Qr kodu ilə müəyyən edilə bilər. Sizə deyə bilərəm ki, haradasa işlərin 90% -i artıq başa çatıb ” , - dedi Qamğrelidze.


