Mamuka Xazaradze Nika Melia ilə görüşdən sonra açıqlama verdi
"Gürcüstan üçün Lelo"nun lideri Mamuka Xazaradze, 12 saylı cəzaçəkmə müəssisəsində "Milli Hərəkat"ın sədri Nika Melia ilə görüşüb.
InterPress.ge xəbər verir ki, görüşdən çıxdıqdan sonra Xazaradze bu barədə açıqlama verib.
Onun sözlərinə görə, əsasən söhbət iki mövzu üzrə - istintaq kommisiyasının yaradılması və AB girovunun istifadəsinə aid idi. Xazaradzenin izah elədiyinə görə, Nika Melia hər iki məsələ ilə prinsipcə razılaşır. "Lelo" nun liderinin bildirdiyinə görə, girov ödəmək hissəsində hər şeyi elə etmək lazımdır ki, Nika Melia-nın öz hörmətinə və həbsxanada olma prinsiplərinə toxunmasın.
"İlk növbədə demək istəyirəm ki, Nika sağlamdır və mübarizə ruhu ilə doludur. İki məsələdən danışdıq. Bu, AB girovu və parlamentdə istintaq komissiyasının yaradılması idi. Prinsipcə bu mövqe ilə razılaşır, prinsipcə razılaşır ki, AB-nin girovu misilsizdir və AB günahkarların girovunu ödəmir. Mən onun yerinə danışmaq istəmirəm və yəqin ki, yaxın günlərdə özü parlament kommisiyası haqqında açıqlama verəcək. İdeya ilə prinsipcə razılaşır, ancaq daha detallı istəyirəm ki, Nikanın özü bu barədə açıqlama versin.
Düşünürəm ki, AB Nikanın özünə hörmətini və bu qədər müddətdir nə üçün həbsdə olduğu prinsipinə təsir etməyəcək bir qərar verəcək. Avropa Birliyi ödəyəcək və bununla da bitəcək", - dedi Xazaradze.


