01 
May
2021
10:17
480

Tbilisidə baş verən təbii fəlakətlə bağlı 112 xidmətinə çox sayda zəng daxil olub

Tbilisidə olan daşqınla əlaqədar 112- yə 100- ə qədər bildiriş daxil olub.

InterPress.ge xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyinin Tbilisidəki Baş İdarəsinin rəisi Otar Kereselidze açılama verib.

Kereselidze hal-hazırda güclü yağışın küçələrin və evlərin birinci mərtəbələrini basdığı Didi Diğomidədir.

“Tbilisidə baş verən daşqınla əlaqədar 100- ə qədər bildiriş gəldi.Dərhal hadisə yerinə gələn xilasetmə qrupları, operativ şəkildə ünvana çatdılar, su pompalanıb və heç kim xəsarət almadı" dedi Kereselidze.

Məlumat üçün bildirək ki, paytaxtda yağan güclü yağış nəticəsində Didi Diğominin bir neçə küçəsini su basıb və Diğomi kəndi də zərər çəkib.

Sosial şəbəkədə su basmış küçələr və su içində qalmış avtomobillərin bir- biri ilə toqquşduğunu göstərən şəkil və videolar yayılır. Yaşayış evlərinin birinci mərtəbələrini su basıb. Daşqın nəticəsində xərçəng xəstəliyi olan uşaqların qaldığı binanıda su basıb.

Fövqaladə Hallar nazirliyinin verdiyi məlumata görə, güclü yağışın yaratdığı problemlər səbəbindən hazırda Didi Diğomi və Diğomi kəndində 20 qrup çalışır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər