Sameqrelo bölgəsində ciddi karantin rejimi elan edilə bilər.
InterPress.ge xəbər verir ki, bu barədə Sameqrelo-Zemo Svaneti qubernatoru, Aleksandre Motsereliya jurnalistlər ilə söhbəti zamanı bildirib.
Onun dediyinə görə, bu virusa yoluxmuş idmançının üç kontaktı ilə bağlıdır: "Düzdür, onlarda koronavirus birinci analizdə təsdiq olunmadı, lakin təkrar test edilməlidir və koronavirusun təsdiq olunduğu təqdirdə bölgə bağlanacaq".
Bazarlara gəldikdə, Aleksandre Motsereliyanın dediyinə görə, Zuqdidi və Senaki bazarları bağlanıbdır.
