30 
Apr
2021
15:30
1797

Gürcüstanda mobil internetin qiyməti ucuzlaşıb

Gürcüstanda mobil internetin qiyməti ucuzlaşıb.

InterPress.ge xəbər verir ki, Rabitə Komissiyasının hesabatına görə, 2021-ci ilin fevral ayından etibarən bazarda bir GB internetin orta qiyməti 0.80 laridir, bu da 2020-ci ilin eyni dövründəki qiymətdən 45% azdır - 1.45 lari.

Əgər 2020-ci ilin fevralında abunəçilər 10,3 petabayt mobil internet istehlak edirdisə, 2021-ci ilin fevralında bu rəqəm 90% artaraq 19,5 petabayt oldu. Bir abunəçi üçün mobil internet istehlakı orta hesabla 7,2 GB təşkil etmişdir ki, bu da 2020-ci ilin fevral ayına nisbətən 78% çoxdur.

4G xidmətindən istifadə edən mobil internet abunəçilərinin sayı da artır. Hazırda mobil internetdən 2,9 milyon abunəçi istifadə edir ki, bu da 2020-ci illə müqayisədə 7% çoxdur. Ümumilikdə, Gürcüstanda aktiv SİM kartların 58% -i mobil internetdən istifadə edir.

Mobil operatorlar fevral ayında müştərilərdən 37,8 milyon lari gəlir əldə etdi ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 2,5% azdır. Əgər 2020-ci ilin fevralında Gürcüstan operatorlarının abunə sayı 4.99 milyon nəfər idisə, 2021-ci ilin fevral ayında abunə sayı 4.88 milyon nəfərdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər