30 
Apr
2021
15:21
2103

Sinoptiklər xəbər etdi: Gürcüstanda bu tarixdən isti havalar başlayır - 30 dərəcə...

Mayın 2-dən Gürcüstanda havanın temperaturu +30 dərəcəyə qədər yüksələcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verir.

Sinoptiklərin məlumatına görə, mayın 1-də qərbi Gürcüstanın bəzi yerlərində və şərqi Gürcüstanın əksər yerlərində qısamüddətli yağış və şimşək çaxacağı gözlənilir. Hava +18, +23 dərəcə olacaq.

"Gürcüstanın qərbində mayın 2-3-də isti və yağmursuz hava şəraiti gözlənilir. Temperatur + 25, + 30 dərəcəyə yüksələcək. Ölkənin şərq hissəsində bəzi bölgələrdə yağış yağacaq və +22, +27 dərəcəyə qədər istiləşəcək. Mayın 1-də Tbilisidə yağış və şimşək çaxacağı, ancaq ayın 2-də və 3-də yağıntılı olacağı gözlənilir. Hava +24, +26 dərəcəyə yüksələcək"- Milli Ətraf Mühit Agentliyi bildirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər