30 
Apr
2021
12:55
1009

Novruz bayramı Gürcüstanda milli bayram kimi elan olunması məsələsi nəzərdən keçirilir

KİV- də yayılan məlumata görə, Gürcüstan Parlamentində azərbaycanlıların milli bayramı olan Novruz bayramı ölkədə milli bayram kimi elan olunması məsələsi nəzərdən keçirilir.

InterPress.ge xəbər verir ki, sözügedən layihənin müəllifi ictimai fəal Samirə Bayramovadır.

Layihədə Novruz bayramının Gürcüstanda milli bayram elan olunması ilə bərabər 21 mart tarixinin ölkədə qeyri- iş günü elan olunması təklifidə yer alır.

Layihənin müəllifi Samirə Bayramovanın qeyd etdiyinə görə, Parlamentin İnsan Haqqları və Vətəndaş İnteqrasiyası Komitəsi təşəbbüslə bağlı beynəlxaq təcrübəni araşdırır.

“Mənə hələ rəsmi məlumat gəlməyib. Mən özüm də bunu medialardan öyrəndim. Mediadan aldığım məlumata görə, İnteqrasiya Komitəsi bu məsələyə baxır. Mən onların bu addımlarını və müsbət rəylərini də alqışlayıram. Hətta onlar qeyd edirlər ki, Parlamentin İnsan Haqqları və Vətəndaş İnteqrasiyası Komitəsi təşəbbüslə bağlı beynəlxaq təcrübəni araşdırır. Əslində Komitənin beynəlxalq təcrübəni araşdırması mənə təəccüblü gəlir, çünki dünya ölkələrindən fərqli olaraq Gürcüstan çoxmillətli ölkədir və Gürcüstan öz etnik,dini və s. rəngarəngliyi ilə seçilir. Bütün bunlara rəğmən Gürcüstanın bu məsələ ilə əlaqədar özünün qərar qəbul etməsi deyərdim ki, bütün dünya ölkələri üçün bir nümunə olar. Biz hər şeyi dünya ölkələrindən götürməməliyik. Parlament bu məsələdə müsbət qərar qəbul edərsə ölkədə yaşayan azərbaycanlılara qarşı böyük hörmət göstərmiş olacaq. Ümid edirəm ki, beynəlxalq təcrübənin araşdırılmasından sonra da bu məsələ ilə bağlı Parlament müsbət qərar verəcək. Mən bu ümidlə cavabı gözləyirəm”- Samirə Bayramova.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər