29 
Apr
2021
19:14
3979

Marneulidə gərgin aksiya baş tutdu - VİDEO

Bu gün Marneulidə aksiya baş tutdu.

InterPress.ge xəbər verir ki, aksiya Marneuli meriyasının qarşısında keçirildi.

Keçirilən aksiyanın səbəbi ictimai fəal Qiorqi Mumladzenin qardaşının Simon Mumladzenin 4gün öncə tullantıların emalı müəssisəsindən işindən azad olunması ilə bağlı idi.

Tbilisidən gələn və yerli ictimai fəallar, etirazçılar, Vahid milli Hərəkatın Marneulideki üzvləri , Avropalı Gürcüstanın siyasi şurasının üzvü eləcə də Marneulinin bələdiyyə məclisinin üzvü Əhməd İmamquliyev eləcə də Simon Mumladzenin qardaşı ictimai fəal Qiorqi Mumladze qeyd edirlər, ki Simon Mumladzenin işdən çıxarılması Qiorqi Mumladze ilə əlaqəli idi.

Əraziyə hüquq mühafizəçilər cəlb olunmuşdu.

Qiorqi Mumladze, etirazçılar və jurnalistlər meriya binasına daxil olmaq istəsələrdə hüquq mühafizə orqanları tərəfindən icazə verilmədi və nəticədə isə qarşıdurma yarandı.

Qeyd edək ki, 6 nəfər etirazçı aksiyada qarşıdurma nəticəsində saxlanıldı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər