06 
Apr
2020
11:11
4017

Gürcüstanda, evdən çıxmayan bir qadında koronavirus aşkar edildi

Kutaisidə (İmereti bölgəsi) evdən çıxmayan bir qadında koronavirus infeksiyası təsdiqlənib.

Bu haqda InterPress.ge Birinci kanal istinadən xəbər verir.

Bənzər hadisə Tbilisidə də baş verib.

Kutaisi Yoluxucu Xəstəliklər Xəstəxanasında virus 63 yaşlı qadında aşkarlanıb. O, yalnız uşaqları ilə danışdığı bildirilir. Onun vəziyyəti hazırda ciddi deyil.

"İlk baxışdan xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir, nəfəs alma zəifləyir. Ürək çatışmazlığı da var və təbii ki, bu vəziyyəti çətinləşdirir. Müayinələr edəcəyik, cavablar və lazımi müalicə olacaq", - dedi Yoluxucu Xəstəliklər Xəstəxanasının həkimi Mariam Vardanaşvili.

Xəstə deyir ki, koronavirusun yayılması və Kutaisidə ilk virusun aşkar olunması barədə məlumat əldə etdiyi gündən bu yana evdən çıxmayıb. Yalnız uşaqlar ilə ünsiyyət qurur, onlardan biri təcili yardım qrupunda işləyir.

"Güman ki, bu daxili ötürülmə hadisəsidir. Cavab bu gün təsdiqləndi və əlbəttə ki, uşaqları da müayinə olunacaqdır. Onların virusu təsdiqlənməsə, ötürülmə mənbəyi bilinməyəcək", - dedi Vardanaşvili.

Xəstənin özü qeyd edir ki, gəzmək çətindir, asanlıqla yorulur, nəfəs darlığından əziyyət çəkir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər