Gürcüstanda məhdudiyyətlər nə vaxt götürüləcək?
“Ölkədə əhalinin 2% -i peyvənd olunduğu halda məhdudiyyətlərin ləğvi barədə heç bir söhbət olmayacaq”.
InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze məlumat verib.
Onun açıqlamasına görə, ölkədə əhalinin 30% -i peyvəndlənərsə və maska taxma nisbəti 90-95% olarsa o zaman məhdudiyyətlərin qaldırılmasından söhbət gedə bilər.
"Peyvəndlərin sayı və kütləsi baxımından İsrailin nümunəsini təkrarlasaq, məhdudiyyətlərin götürülməsini də təkrarlayacağıq, amma indi əhalinin yalnız 2% peyvəndlənib və 2% heç bir məhdudiyyəti azalda bilməz. Əhalinin 30%- zi peyvəndlənərsə ehtimal ki, məhdudiyyətlər götürüləcək, ən sonunda "komendant saatı" qalacaq və yumşaldılacaq, maska taxma 90-95% olmalıdır. Bütün bunlar edilərsə və hökumət hələ də məhdudiyyətləri ləğv etməzsə, o zaman hökumətə şikayət edə bilərsiniz, amma əvvəl şərtlər yerinə yetirilməli və sonra məhdudiyyətlərdən danışa bilərik"- Çerçvadze.


