29 
Apr
2021
11:32
388

Poniçalada 3 nəfər saxlanılıb

Poniçalada narkotik satdığı üçün saxlanılan üç nəfər Zahesi istintaq təcridxanasında ittiham olundu.

InterPress.ge xəbər verir ki, bu barədə Məhbusun vəkili Kaxa Vibliani təcridxanadan çıxdıqdan sonra mlumat verib.

Onun sözlərinə görə, üç məhbus da bu mərhələdə susmaq hüquqlarından istifadə edirlər. Lakin, həbs olunan şəxs vəkillə şəxsi söhbətində günahkarın yalnız özü olduğunu, o cümlədən ailə üzvlərini və azyaşlı uşağı işə cəlb etməyə məcbur etdiyini dedi.

„N. H, N.K və E.A narkotik satmaqda ittiham olundular. İndi iş materiallarını təhvil verdilər və tanış olacağam. Saxlanılan şəxs deyir ki, başcı mən idim, digərlərini də mən məcbur edirdim, həyat yoldaşımın və övladımın bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Digər məlumatları öyrənmək üçün materiallara baxacağıq. Hələ ifadə verməyiblər, Susma hüququndan istifadə edirlər. Sonra onlarla yenidən görüşəcəyəm”- Kaxa Vibliani.

Yetkinlik yaşına çatmayan uşağı narkotik satmağa məcbur edib- etməməsi barədə suala gəlincə, özünü bir narkoman olduğunu və hər kəsi bu işə məcbur etməkdən başqa çarəsi olmadığını dedi.

“Bunu şifahi şəkildə söylədi, amma hələ rəsmi olaraq təsdiq olunmayıb. O, susmaq hüququndan istifadə edir”- dedi vəkil Kaxa Vibliani.

Məhkəmə həbs qətimkan tədbirini sabah müzakirə edəcək.

Polis, Poniçalada üç narkotik satıcısını həbs etdi.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qrupun üzvləri azyaşlı uşağı ağır cinayətə cəlb ediblər. Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə əvvəlcədən razılaşdırılmış bir qrup tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik maddənin alınması, saxlanması və satılması faktları üzrə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər