Nazir məhdudiyyətlərin aradan qaldırılmasının əsas yollarından danışdı
“Pandemiyaya son qoymağın və mövcud məhdudiyyətlərin aradan qaldırılmasının əsas yollarından biri əhalinin aktiv şəkildə immunizasiyasıdır”.
InterPress.ge xəbər verir ki, bu barədə İşğal olunmuş ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər Naziri Ekaterine Tikaradze deyib.
“Səhiyyə naziri olaraq əminliklə deyə bilərəm ki, vətəndaşlarımızın sağlamlığı etibarlı əllərdədir və qazandığımız təcrübə ilə pandemiyanın çətinliklərinə layiqincə cavab verə biləcəyik.
Bu gün pandemiyanın üçüncü dalğası ilə mübarizə mərhələsindəyik. Qeyd etmək istərdim ki, pandemiyanın üçüncü dalğası, virusun müxtəlif ştammları və fərqli problemlərlə qarşılaşdığımız üçün daha təhlükəli və diqqətəlayiqdir. Buna görə də bu tribunadan istifadə edərək cəmiyyəti daha diqqətli olmağa çağırmaq istəyirəm ki, mövcud tövsiyələrə maksimum əməl etsinlər, fərdi qoruyucu vasitələrdən aktiv şəkildə istifadə etsinlər və ən əsası peyvəndləmə prosesinə qatılsınlar.
Peyvənd xalq sağlamlığının ən böyük nailiyyətidir və səhv məlumatlara görə cəmiyyətimiz tərəfindən rədd edilməməlidir. Peyvəndləmə haqqımız və məsuliyyətimizdir. Əhalinin aktiv immunizasiyası pandemiyaya son qoymağın və mövcud məhdudiyyətlərin aradan qaldırılmasının əsas yollarından biridir", - dedi Ekaterine Tikaradze Parlamentdə.


