Dmanisidə yüksək standartlara cavab verən ferma açıldı
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili Fransanın Gürcüstandakı Səfiri Dieqo Kolasla və Kvemo Kartli qubernatoru Şota Rexviaşvili ilə birlikdə “Dmanisi heyvandarlığı” fransız- gürcü fermasının açılışına qatılıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayır.
Nazirin sözlərinə görə, layihə Fransanın Kənd Təsərrüfatı və Maliyyə Nazirliklərinin sıx əməkdaşlığı nəticəsində baş tutub.
Nazirlikdən verilən məlumata görə, ferma gürcü- fransız investisiyası ilə müasir standartlara cavab verən fermadır.
“ Fermanın yaradılması üçün 10 milyon lari sərmayə yatırılıb. Bu məbləğin 6 milyonu güzəştli aqrokreditdir. Ferma ət cinsinin ana heyvanları üçün nəzərdə tutulmuşdur. Hal- hazırda fermada frnasız cinsli 130 baş mal- qara var. Ferma eləcə də heyvanlar üçün qida da istehsal edir”- məlumatda bildirilir.
Dmanisinin Yuxarı Qarabulaq kəndində yeni fermanın açılışı mərasiminə Kənd İnkişafı Agentliyinin rəhbəri İlia Tamaraşvili, şirkətin gürcü investoru Arçil Qiorqadze, şirkətin fransız təsisçisi Jak Plur qatılmışdı.


