Gürcüstanda Pasxa bayramı ilə əlaqədar Dünən 26 aprel tarixində Koordinasiya Şurası iclas keçirdi.
InterPress.ge xəbər verir ki, İclasda aparılan müzakirələr nəticəsində qərar qəbul olundu ki, Pasxa bayramı günü komendant saatının vaxtı uzadılsın. Bu qərar isə azərbaycanlılar arasında birmənalı qarşılanmadı. Avropalı Gürcüstan partiyasının siyasi şurasının üzvü Əhməd İmamquliyev sözügedən qərara münasibətini bildirdi.
