Nazir test çatışmazlığı ilə bağlı yayılan məlumatlara münasibət bildirdi
“Test çatışmazlığının olduğu barədə məlumat təsdiqlənmədi və bu gün də təsdiqləmirəm”.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Ekaterine Tikaradze İmmunizasiya Şurasının iclasının sonunda jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, ölkə bu gün Koreyadan bir milyon antigen testi alacaq və növbəti mərhələdə isə yarım milyon testin alınması planlaşdırılır.
“Antigen testi daim dəyişən bir rəqəmdə olur, çünki ölkədə genişmiqyaslı testlərin aparıldığını bilirsiniz. Dünən 27 mindən çox test həyata keçirildi ki, bunun da 14 mini antigen idi. Bu gün Koreyadan əlavə bir milyon testin gətirilməsini gözləyirik. Yaxın gələcəkdə əlavə olaraq yarım milyon test gətiriləcək.
Test çatışmazlığı olduğu barədə məlumat təsdiqlənmədi və bu gün də təsdiqləmirəm", - dedi nazir.


