27 
Apr
2021
11:20
368

Qəsdən adam öldürmə faktı ilə əlaqədar bir nəfər saxlanıldı

DİN-in Kaxeti Polis Departamentinin Axmeta Raton Şöbəsinin əməkdaşları isti təqib ilə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü Z.Ç.-nı saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

İdarədən verilən məlumata görə, cinayət 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutur.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 1983-cü il təvəllüdlü İ.K.-nı mübahisə zəminində odlu silahla yaralayıb və hadisə yerindən qaçaraq gizlənib.

Hüquq-mühafizə orqanları, isti təqib ilə aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Z.Ç.-nı hadisədən bir neçə saat sonra Axmetada saxlayıb.

Polis silahı sübut kimi ələ keçirdi.

Gürcüstan Cinayət Məcəlləsinin 118-ci və 236-cı maddələri ilə istintaq aparılır ki, bunlar da sağlamlığa qəsdən az ağır ziyan vurulmasını və qanunsuz olaraq odlu silah alma və saxlamanı nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın