27 
Apr
2021
10:56
1346

Aqil Mustafayev hökumətin komendant saatı ilə bağlı qərarına: "Bu qərarla hökumət ölkədə ikili standartın olduğunu göstərdi"

Gürcüstanda Pasxa bayramı ilə əlaqədar Koordinasiya Şurası iclas keçirdi.

InterPress.ge xəbər verir ki, İclasda aparılan müzakirələr nəticəsində qərar qəbul olundu ki, Pasxa bayramı günü komendant saatının vaxtı uzadılsın. Bu qərar isə azərbaycanlılar arasında birmənalı qarşılanmadı. Vahid Milli Hərəkat partiyasının Marneulidəki qərargahının sədri Aqil Mustafayev sözügedən qərara münasibətini bildirdi.

"Mən əvvəlcə biraz öncəyə toxunmaq istərdim. Ötən ay biz Novruz bayramında komendant saatının götürülməsi ilə bağlı dəfələrlə hökumətə müraciət etmişdik. Təəssüflər olsun ki, hökumət ölkədəki epidemioloji vəziyyəti əsas gətirərək tələbimizi təmin etmədilər. Novruz bayramı günlərində epidemioloji vəziyyəti indiki vəziyyətlə müqayisə etsək Novruz bayramı ərəfəsində epidvəziyyət daha ürəkaçan idi. Bu günki qərarla hökumət ölkədə ikili standartın olduğunu göstərdi. Novruz bayramında komendant saatı məsələsi təmin edilmədi, ancaq ölkədə keçirilən futbol matçında və eləcə də indi Pasxa bayramında müəyyən icazələr verildi. Bununlada bir daha göründü ki, ölkədə qərarlar diskriminativ şəkildə verilir. Biz bu qərarın olacağını təxmin edirdik.

Bu günki qərarla bağlı Azərbaycan icması tərəfindən etiraz aksiya/ mitinq şəklində olmayacaq, ancaq ictimaiyyətdə olan insanlar birgə qərar verərək yəqin ki, brifinq şəklində etirazımızı bildirəcəyik"- Aqil Mustafayev.

3-12 may tarixləri arasında Gürcüstan ərazisindən bələdiyyə nəqliyyatı fəaliyyət göstərməyəcək.

Bu barədə qərarlar Baş nazir İrakli Ğaribaşvilinin sədrliyi ilə Hökümət Administrasiyasında keçirilən bugünkü iclasda İdarələrarası Koordinasiya Şurası tərəfindən qəbul edilib.

Qarşıdan gələn Pasxa tətilinə gəldikdə, Gürcüstan Patriarxlığı ilə ünsiyyət nəticəsində, ibadətlər məbədlərdə epidemioloji təhlükəsizlik normalarına maksimum uyğun olaraq keçiriləcək; Bunların arasında məbədlərdə səs sistemi təmin ediləcək, sosial məsafə və maska taxma qaydasına əməl ediləcək;

Lakin, istisna olaraq, Pasxa ayini ilə əlaqədar olaraq, yalnız bir gecə hərəkət məhdudiyyəti 1 May 23: 00-dan 2 May 04: 00-a qədər qüvvədə olacaq;

Xatırladaq ki, 12 mart tarixində Marneulidə Actual.ge xəbər portalının ofisində ictimai fəallar və QHT nümayəndələri tərəfindən Novruz bayramı günü komendant saatının ləğv olunması ilə bağlı müraciət edilmişdi. Hökumət isə tələbi təmin etməmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər