Gürcüstanda Çin peyvəndi ilə aşı üçün qeydiyyat bu gündən başlayır.
InterPress.ge xəbər verir ki, peyvəndləmə prosesi mayın 4-də başlayacaq.
Hədəf qrupları bu gün iclası keçiriləcək İmmunizasiya Şurası tərəfindən müəyyənləşdiriləcək. Milli İmmunizasiya Texniki Məsləhətçiləri Qrupunun rəhbəri İvane Çxaidzenin sözlərinə görə, Sinopharm-ın effektivliyi, təhlükəsizliyi və yan təsirləri onun keyfiyyətini göstərir.
