05 
Apr
2020
09:14
529

Səkkiz illik körpə həsrəti sona yetdi - Marneuli sakini karantinə görə, övladını görə bilmirdi - VİDEO

Səkkiz illik həsrətdən sonra, Marneuli Munisipalitetinin Kosalı kəndində yaşayan Könül Yusubova və Asif Qarayevin ailəsi, karantin rejimində övlad sahibi oldular.

InterPress.ge xəbər verir ki, fövqəladə vəziyyət elan edilən zaman, hamilə qadında vaxtından əvvəl doğuş başlayıb. Bu səbəbdən onu "Hera 2011" doğum evinə aparıblar. Erkən doğulmuş körpə, anasından fərqli olaraq, daha uzun müddət tibbi nəzarət altında qalmalı olub.

Qarayevlər ailəsi, sərt karantin qaydalarından irəli gələrək, Munisipaliteti tərk edə bilmədilər, bu səbəbdən, körpə, müxtəlif dövlət qurumlarının iştirakı və şəxsən doğum evinin nümayəndələri tərəfindən Marneulinin əsas blok postuna gətirilərək valideynlərinə təhvil verilib.

Bizimlə əlaqə saxlayın