Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Ğaribaşvili: "Genişmiqyaslı yeniləməyə başlayırıq"

400
İrakli Ğaribaşvili: "Genişmiqyaslı yeniləməyə başlayırıq"
Dinləmək üçün basın

“Hökumət, 63 bələdiyyədə şəhər yenilənməsini, əhəmiyyətli mədəni və tarixi irs sahələrinin bərpasını, bələdiyyələrin inzibati mərkəzlərinin bərpasını və istirahət məkanlarının təşkilini əhatə edən genişmiqyaslı təmir…

“Hökumət, 63 bələdiyyədə şəhər yenilənməsini, əhəmiyyətli mədəni və tarixi irs sahələrinin bərpasını, bələdiyyələrin inzibati mərkəzlərinin bərpasını və istirahət məkanlarının təşkilini əhatə edən genişmiqyaslı təmir proqramına başlayır”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanı Baş naziri İrakli Ğaribaşvili hökumət iclasından əvvəl deyib.

“Ölkənin genişmiqyaslı yenilənməsinə başlayırıq. Bu proqram 63 bələdiyyədə şəhər yenilənməsini, mühüm mədəni və tarixi irs sahələrinin bərpasını, bələdiyyələrdə inzibati mərkəzlərin bərpasını, həmçinin istirahət məkanlarının təşkilini, istirahət parklarında turizm infrastrukturunun inkişafını, bütün bələdiyyələrdə mühüm ictimai obyektlərin bərpası və inşası, bütün şəhərlərin, bütün kurort və qəsəbələrin yenilənməsini əhatə edir.

Proqram çərçivəsində yeni istirahət, turizm və ictimai zonalar yaradılacaqdır. Bildiyiniz kimi, Gürcüstanda daha çox cəlbedici etməyimiz lazım olan bir çox yer var, ilk növbədə vətəndaşlarımız üçün, eyni zamanda, ölkəmizin qonaqları, turistlər üçün. Ölkənin bölgələrinin bərabər inkişafı çox vacibdir. Vətəndaşlarımız üçün əvvəl yaşadıqlar yerdə yaşamaq, işləmək və tam inkişaf şəraitinin yaxşılaşdırılması dövlətin əsas hədəfinə çevrilməlidir", - dedi Ğaribaşvili.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →