26 
Apr
2021
11:24
744

Saakaşvili: "Gecə-gündüz ölkəmin vəziyyəti, xalqım haqqında fikirləşirəm, vətənim üçün misilsiz darıxıram”

Gürcüstanın keçmiş prezidenti Mixeil Sakaşvili jurnalistin vətəndaşa “Saakaşvili ölkəyə qayıtsınmı” sualına vətəndaşın “mütləq, əgər gürcü xalqının ağlı varsa, qaytarsın. Nə qədər ki, gec deyil. Artıq Rusiyanin əyalətindəyik, ölkədə sizdən bir şey soruşulmadıqda, kölə olursunuz. İnsanlar aclıq çəkir, indi söhbət xilas etməkdən gedir” cavabına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili rəsmi Facebook səhifəsində qeyd edib.

Keçmiş prezident bu fakta belə münasibət bildirib:

“İvanişvili hökumətinin devrilməsi tamamilə geri dönməz bir mərhələyə qədəm qoyur və böhran yalnız aradan qaldırılmadı, həm də yeni, daha kəskin mərhələsi başladı!

Gecə-gündüz ölkəmin vəziyyəti, xalqım haqqında fikirləşirəm, vətənim üçün misilsiz darıxıram”, - yazıb Saakaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər