25 
Apr
2021
11:04
796

Məktəblərdə bu istiqamətdə nəzarət gücləndirildi

Məktəblərdə gigiyena üzərinə nəzarət gücləndirilib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyi yayır.

17-25 aprel tarixlərinə olan məlumatlara görə, ölkə ərazisində monitorinq və məcburi testlər nəticəsində müəllimlərin və məktəb rəhbərlərinin %0.3-də və şagirdlərin %0.01-də virus təsdiqlənib.

"Gürcüstanın dövlət məktəblərində kovid statistika nisbəti artır. Eyni zamanda Pasxa tətilindən əvvəl virusun yayılmasının mümkün qədər qarşısını almaq üçün ümumi təhsil müəssisələrində gigiyena normalarına riayət olunmasına nəzarət gücləndirildi", - Nazirliyin məlumatında deyilir.

Nazirliyin tövsiyəsinə uyğun olaraq məktəblərdə valideynlərin və digər şəxslərin məktəb ərazisinə giriş-çıxışı və virus aşkar edildiyi təqdirdə vaxtında dezinfeksiya işlərinin aparılmasına ciddi şəkildə nəzarət edilir.

Valideynlərin istəyi ilə, eyni zamanda virusun təsdiqlənməsi səbəbiylə, bu mərhələdə ölkə daxilində tam məsafədən təhsil alan 74 məktəb və 191 sinif var.

Bizimlə əlaqə saxlayın