23 
Apr
2021
19:39
384

Kaxa Kaladze siyasətdən gedirmi? - AÇIQLAMA

"Səhhətimlə bağlı problemlərim var və müalicəmi davam etdirirəm, amma hələ siyasətdən getməyə hazırlaşmıram".

InterPress.ge xəbər verir ki, "Gürcü Arzusu"nun baş katibi, Tbilisi Bələdiyyə Başçısı Kaxa Kaladze jurnalistlərlə söhbətində "Gürcü Arzusu"nda siyasi gələcəyini görüb görmədiyi sualına belə cavab verib.

Kaladzenin izah etdiyinə görə, siyasətdən getmək üçün sağlamlıq vəziyyətindən istifadə etdiyinə dair məlumat səhvdir.

“Mən Gürcü Arzusunun baş katibiyəm, eyni zamanda paytaxtın meriyəm. Buna görə, işimi və Tbilisi əhalisinin əksəriyyəti tərəfindən üzərimə qoyulan böyük məsuliyyəti davam etdirirəm. Növbəti seçkilərə gəlincə, bu mövzuda öz mövqeyimi söylədim ki, sonradan hər şey sizə, ictimaiyyətə məlum olacaq.

Məqsədli şəkildə bununla bağlı məlumat yayırsınız, guya siyasətdən gedirəm. Guya sağlamlıq vəziyyətimdən istifadə edərək siyasətdən gedirəm. Bu düzgün məlumat deyil. Səhhətimlə bağlı problemlərim var və müalicəmi davam etdirirəm, amma hələ siyasətdən getməyə hazırlaşmıram", - dedi Kaladze.

Bizimlə əlaqə saxlayın