23 
Apr
2021
14:49
505

Mərkəz rəhbəri məhdudiyyətlərdən danışdı

“Bu gün mövcud olan məhdudiyyətlər xaricində bu mərhələdə əlavə məhdudiyyətlərdən bəhs edilmir, indi əsas olan mövcud qaydaların icrasının yüksək olmasıdır”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze məlumat verib.

Qamğrelidzenin dediyinə görə, əhalinin yüksək məsuliyyət göstərməsi və böyük süfrələr təşkil etməməsi vacibdir, çünki bu təhlükəlidir.

"Məhdudiyyətlərdən dəfələrlə danışmışıq, bu Baş nazirin himayəsi altında Koordinasiya şurası tərəfindən müzakirə olunur. Bildiyiniz kimi, pandemiya dünyada böyük iqtisadi itkilərə səbəb oldu. Bu səbəbdən imkanı olan varlı ölkələr məhdudiyyətlər tətbiq etmirlər, bizim üçün isə çətindir. Buna görə də biz indi bıçaq ucuna doğru gedirik, keçən yaz etdiyimiz kimi iqtisadiyyatı bütünlüklə bağlamamalıyıq və ikinci tərəfdən peyvəndləmə prosesini aktivləşdirməliyik. Bu gün mövcud olan məhdudiyyətlər xaricində bu mərhələdə əlavə məhdudiyyətlərdən bəhs edilmir, indi əsas olan mövcud qaydaların icrasının yüksək olmasıdır. 200 nəfərlik toylar və süfrələr istəmirik, çox yayılma elə oradan başlayır”, - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın