23 
Apr
2021
14:05
216

Salome Zurabişvili ilə Moldova Respublikasının Prezidenti arasında telefon danışığı baş tutdu

Gürcüstan Prezidenti ilə Moldova Respublikasının Prezidenti arasında telefon danışığı baş tutub.

InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayır.

Məlumata görə, Moldova Respublikasının Prezidenti Maia Sandu, Gürcüstanı siyasi böhrandan çıxması münasibətilə təbrik edib və Gürcüstan Prezidentinin 19 aprel razılaşmasında rolunu vurğulayıb.

“Tərəflər Moldovadakı mürəkkəb siyasi vəziyyəti müzakirə etdilər. Prezident Zurabişvili bu vəziyyətdən çıxış yollarının tapılacağına və Gürcüstan ilə Moldovanın Avroatlantik inteqrasiya yolunda ortaq hədəflərə və layihələrə nail olmaq üçün birlikdə çalışmağa başlayacaqlarına ümidvar olduğunu bildirdi.

Danışıq zamanı kovid pandemiyası və peyvəndləmə məsələlərinə də toxunuldu.

Prezident Zurabişvili Prezident Sandunu Gürcüstana dəvət etdi", - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın