04 
Apr
2020
17:01
1296

Gürcüstana 63 000 kq qida məhsulu və medikoment gətirildi

Batumi limanına biri 40 000 kq qida məhsulu, digəri isə 23 000 kq qida və medikoment ilə yüklənmiş iki konteyner daşıyan gəmi daxil oldu.

InterPress.ge xəbər verir ki, gəmiləri Batumi limanında Gürcüstan Baş Naziri Qiorqi Qaxaria qarşılayıb.

Hökumət başçısı qeyd etdi ki, dünyada mövcud böhran fonunda Gürcüstan limanlarının ümumi karantin şəraitində də açıq qalması və yükdaşıma əməliyyatlarının fasiləsiz həyata keçirilməsi əhəmiyyətli dərəcədə vacibdir.

Baş nazir Batumi və Poti portlarının fəaliyyətinin normada olmasını xüsusi vurğuladı, çünki ərzaq və ilkin tələbat məhsullarının təminatı quru yollarında olan buraxılış məntəqələri ilə bərabər, Gürcüstanın limanları vasitəsilə də həyata keçirilir.

Gürcüstan limanlarında gəmilərin vaxtında və təhlükəsiz gediş-gəlişi təmin edilmişdir.

Koronavirusun yayılmasının qarşısının alınması üçün mart ayından etibarən Gürcüstan limanlarına daxil olan gəmilər üçün qaydalar sərtləşdirilmişdir. Girişə yalnız termo skrininq prosesindən sonra icazə verilir. Həmçinin, yük və nəqliyyat vasitəsinə dezinfeksiya tətbiq edilir; Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq bütün tədbirlər görülmüşdür.

Batumi limanında yük dövriyyəsi artmışdır. 2020-ci ilin mart ayında Batumi limanına daxil olan yük 2019-cu ilin eyni dövrü ilə müqayisədə 150%, konteynerlər 50%, ümumi yük isə 52% artmışdır.

Bizimlə əlaqə saxlayın