Amiran Qamğrelidze Rustaviyə gəldi
Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin baş direktoru Amiran Qamğrelidze Mərkəzin Yoluxucu və Qeyri-yoluxucu Xəstəliklər Departamentinin nümayəndələri ilə birlikdə Rustavidədir.
InterPress.ge xəbər verir ki, Amiran Qamğrelidze, Kvemo Kartli dövlət nümayəndəliyi rəhbərliyində Qubernator, Bələdiyyə sədrləri, bələdiyyə səhiyyə xidmətlərinin nümayəndələri və Rustavinin majoritar millət vəkili ilə KOVID-19-un mövcud epidemioloji vəziyyəti və peyvəndləmə mövzusunda görüş keçirir.
Bu gün Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Rustavi Mərkəzi Xəstəxanasındakı və "Rustavi" klinikasındakı vəziyyətlə tanış olacaq.
Rustaviyə planlaşdırılan səfəri çərçivəsində Amiran Qamğrelidze daha sonra Kvemo Kartli regional media nümayəndələri ilə görüşəcək və mətbuat konfransı keçirəcək.


