23 
Apr
2021
09:53
367

Paata İmnadze: “Yaxın gələcək üçün epidemiyanın proqnozu pisdir”

“Yaxın gələcək üçün epidemiyanın proqnozu pisdir”.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini Paata İmnadze deyib.

Onun sözlərinə görə, böyük itkilərdən qaçınma qaydalara riayət olunmasından asılıdır.

"Proqnoz çox pisdir. Proqnoz budur ki, təəssüf ki, may ayının ilk iki həftəsi çox çətin olacaq, halların sayı artacaq. Bir daha təkrar edirəm, bu bizdən asılıdır, maskadan nə qədər istifadə edəcəyik, süfrələrdən nə qədər yayınacağıq, qəbirstanlıqda nə qədər kef süfrələri təşkil etməyəcəyik, aprel ayının sonu-may ayını nə qədər az itki ilə keçirəcəyimiz bundan asılıdır. Noyabr ayının sonu-dekabrda nələr olduğunu xatırlayırıqmı? Yenə eyni şeylər ola bilər”, - dedi Paata İmnadze.

Bizimlə əlaqə saxlayın