22 
Apr
2021
19:01
498

ABŞ səfiri Marneuliyə səfər etdi

Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı Səfiri Kelli Deqnan Marneuliyə səfər etdi.

InterPress.xəbər verir ki, bu gün Marneulinin ictimai kitabxanasında Amerika guşəsinin yaradılması münasibətilə Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı Səfiri Kelli Deqnan ictimai kitabxanaya qonaq oldu.

Tədbirdə Marneuli və Qardabani bələdiyyələrinin majoritar millət vəkili Zaur Darğallı, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Marneuli bələdiyyəsi merinin səlahiyyətlərinin icraçısı Zaur Tabatadze və Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Kelli Deqnan sözlə çıxış etdilər. Səfirin gəlişi münasibətilə Yerli Özünüidarəetmə və Kvemo Kartli quberniyası rəmzi hədiyyələr təqdim etdilər.

Səfir və yerli özünüidarəetmə nümayəndələri rəmzi qırmızı lenti kəsdikdən sonra Amerika guşəsini və ictimai kitabxananı nəzərdən keçirdilər.

Daha sonra isə Kelli Deqnan kitabxananın həyətində xatirə olaraq ağac əkdi.

Bu günkü tədbir çərçivəsində Marneulinin ictimai kitabxanasının həyətində milli mədəniyyət, Azərbaycan mədəniyyətini əks etdirən əl işi xalçalar,Erməni mədəniyyətini əks etdirən əl işi gəlinciklər və s. sərgilənmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər