22 
Apr
2021
15:04
1206

Gürcüstanın Türkiyədəki səfirliyi Gürcüstan vətəndaşlarına xəbərdarlıq edir

Gürcüstanın Türkiyədəki səfirliyi ölkədə tətbiq olunan yeni məhdudiyyətlərlə əlaqədar olaraq Gürcüstan vətəndaşlarına müraciət edir.

InterPress.ge xəbər verir ki, Türkiyə tərəfinin qərarına əsasən, koronavirusun yayılmasının qarşısını almaq üçün vətəndaşların 22 aprel saat 19: 00-dan 26 aprel 05: 00-a qədər küçələrə çıxması qadağandır.

Həmçinin həftə sonları və iş günləri saat 19: 00-dan 05: 00-a qədər küçəyə çıxma məhdudiyyəti qüvvədə qalır.

“Gürcüstanın Ankaradakı səfirliyi tərəfindən operativ rejimdə yeni qaydalar barədə sizə məlumat veriləcək!

Başqa suallarınız olarsa, qaynar xəttdə bizimlə əlaqə saxlayın:

1. Gürcüstanın Ankara səfirliyi: +90 533 690 30 40; +90 539 220 82 80

2. Gürcüstanın İstanbuldakı Baş Konsulluğu: +90 541 818 44 00

3. Gürcüstanın Trabzondakı Baş Konsulluğu: +90 541 326 22 26

4. Gürcüstanın İzmirdəki Fəxri Konsulluğunun Ofisi: +90 530 280 45 08 ", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın