22 
Apr
2021
10:29
405

Cinsi azlıq nümayəndəsinə hücum edən şəxs saxlanıldı

Tbilisidə homofobik zəmində hücum etdiyinə görə bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən Gürcüstanın Birinci Kanalına məlumat verilib.

Məlumata görə, Cinayət Məcəlləsinin məcburetmə, təhdid etmə və kompüter sisteminə icazəsiz daxil olma maddələrini əhatə edən 150, 151, 284-cü maddələri ilə bir nəfər saxlanılıb.

Bundan əvvəl "Tbilisi Pride" təşkilatı aprelin 20-də Tbilisidəki yaşayış binalarının həyətində lezbiyen cütlüyə azyaşlı uşağın iştirakı ilə qonşu kişinin homofobik səbəbdən hücum etdiyini bildirmişdi. Homofobik zəmində hücm edən kişinin zərərçəkənlərdən birinin "Tbilisi Pride" da işlədiyini öyrənəndən sonra başlayıb.

Təşkilat Daxili İşlər Nazirliyinə müraciət etdi:

▪︎ İşi vaxtında, effektiv şəkildə və adekvat araşdırın;
▪︎Nifrət motivli cinayət əlamətlərini müəyyənləşdirin;
▪︎Məhkəmə, yetkinlik yaşına çatmayanlar da daxil olmaqla qurbanların ikincil zərər görməməsi üçün müvafiq biliyə və həssaslığa malik olan şəxslər tərəfindən araşdırılmalıdır;

▪︎ Qurbanların fiziki təhlükəsizliyini təmin edin.

"Tbilisi Pride", Daxili İşlər Nazirliyinin İnsan Hüquqları Departamentini istintaqı effektiv şəkildə izləməyə və homofobik nifrət cinayətlərinin aşkarlanmasını təmin etməyə çağırıb.

Bizimlə əlaqə saxlayın