21 
Apr
2021
21:19
431

Tbilisidə yeniyetmə qız nənəsini öldürməyə çalışıb

Tbilisidə, Muxiani qəsəbəsində 14 yaşlı qız öz nənəsini öldürməyə cəhd ittihamı ilə əlaqədar saxlanılıb.

InterPress.ge xəbər verir ki, gənc qız nənəsinə küt alətlə bir neçə xəsarət yetirib.

Bu mərhələdə nənənin vəziyyəti qənaətbəxşdir.

Uşaq hadisədən bir müddət sonra polis tərəfindən saxlanılıb.

Cinayətin səbəbi məlum deyil, lakin nənə və qonşularının dediyinə görə, hadisədən əvvəl ailə münaqişəsi baş verib.

80 yaşlı nənə yeniyetmənin aqressiv davranışının anasının alkoqol asılılığından qaynaqlandığını deyib. Zərər görmüş nənənin dediyinə görə, ailə münaqişələri səbəbindən yeniyetmədə ağır psixoloji vəziyyət yaranıb. Nənə polisə kimin zəng etdiyini dəqiqləşdirməyib.

Hadisə məhkəmə tərəfindən qapalı iclasda müzakirə edilib. 14 yaşlı qız indi həbsxana kamerasında son hökmü gözləyir.

Bizimlə əlaqə saxlayın