20 
Apr
2021
12:12
272

İrakli Kobaxidze: "Hakim komanda ictimaiyyət və beynəlxalq tərəfdaşlar qarşısında məsuliyyətlə davrandı"

“Siyasi partiyalar arasında razılığın əldə edilməsi çox vacibdir. Sənədi müxalifətin əksəriyyəti imzalaması çox vacibdir”.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.

Kobaxidze, hakim komandanın ictimaiyyət və beynəlxalq tərəfdaşlar qarşısında məsuliyyətlə davrandığını söyləyib.

“Bir neçə siyasi partiya bir daha öz üzünü göstərdi. Bunlar "Milli Hərəkat", "Avropalı Gürcüstan" və "Leyboristlər Partiyası"dır.Onlar, AB-nin təqdim etdiyi sənədə qoşulmadılar. Bu addımla partiyaların xarici oriyentasiyası da daxil olmaqla öz oriyentasiyalarını bir daha göstərdilər.

Gürcü Arzusuna gəlincə, hakim komanda ictimaiyyət və beynəlxalq tərəfdaşlar qarşısında məsuliyyətlə davrandı. Bunun nəticəsi ölkəmiz və Gürcüstan demokratiyası üçün ən vacib sənədin imzalanmasıdır", - dedi İrakli Kobaxidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər