Baş nazir: “Bu gün demokratiyanı gücləndirmək üçün çox vacib addım atdıq. Bu, Gürcüstanın qələbəsidir”
“Bu gün demokratiyanı gücləndirmək üçün çox vacib addım atdıq. Bu, Gürcüstanın qələbəsidir”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili dünən sosial şəbəkədə yazıb.
Baş nazir prezident Şarl Mişel-in sənədinin partiyalar tərəfindən imzalamasına münasibət bildirib.
"Prezident Mişel, ABŞ səfiri xanım Deqnan, AB səfiri cənab Hartzel, cənab Danielson və bu razılaşma üçün yorulmadan çalışanlara misilsiz dəstəyinə görə təşəkkür edirik. Ən əsası, siyasi danışıqların bitməsini səbirlə gözlədikləri üçün Gürcüstan xalqına təşəkkür edirəm. İndi hamımız ölkənin qarşısında duran əsas problemləri həll etmək üçün səy göstərməliyik", - yazıb İrakli Ğaribaşvili.
Şarl Mişel-in sənədi Prezident Sarayında imzalanıb. Sənədi imzaladılar: Davit Bakradze, Aleko Elisaşvili, Badri Caparidze, Zurab Caparidze, Mamuka Xazaradze, Vaxtanq Meqrelişvili, Şalva Papuaşvili, Salome Samadaşvili, Xatuna Samnidze, Arçil Talakvadze, Qiorqi Vaşadze.
Qeyd edək ki, sənədi “Vahid Milli Hərəkat”, “Avropalı Gürcüstan” və “Leyboristlər Partiyası” imzalamayıb.
Şalva Natelaşvili son vaxtlar danışıqlarda iştirak etməyib. Davit Bakradze və Salome Samadaşvili fərdi qaydada imza atdılar.


