Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan müxalifəti maliyyə yardımı xahişi ilə beynəlxalq təşkilatlara müraciət etdi

1,078
Gürcüstan müxalifəti maliyyə yardımı xahişi ilə beynəlxalq təşkilatlara müraciət etdi
Dinləmək üçün basın

Gürcüstanın 20-dən çox müxalifət partiyası dünyanın aparıcı ölkələri və beynəlxalq maliyyə qurumlarına müraciət ünvanlayıb.

Gürcüstanın 20-dən çox müxalifət partiyası dünyanın aparıcı ölkələri və beynəlxalq maliyyə qurumlarına müraciət ünvanlayıb.

InterPress.ge xəbər verir ki, sənəddə Gürcüstanın koronavirus epidemiyasına görə ciddi problemlərlə üzləşdiyi bildirilib.

Müraciət müəllifləri qeyd ediblər ki, koronavirusdan ən çox ölkə iqtisadiyyatı zərər görüb və vəziyyət daha da pisləşə bilər: “Zərərin miqyasını hesablamaq hələ çətindir, lakin aydındır ki, həcm böyük olacaq. İqtisadi böhran ölkənin kövrək demokratiyasını təhlükə altında qoya bilər. Gürcüstan demokratyası bu il qarşıdan gələn parlament seçkilərində ciddi sınağa tab gətirməlidir”.

Müxalifət partiyaları Gürcüstan hökumətinin beynəlxalq maliyyə dəstəyinə çox ehtiyacı olduğunu bildiriblər: “Beynəlxalq yardım almaq bizim ümumi həyati maraqlarımıza daxildir və bu, hakimiyyətə həm bu gün, həm də gələcəkdə formalaşdırılacaq hökumətə ciddi iqtisadi və sosial böhranın öhdəsindən gəlməyə imkan verəcək”.

Müraciət ABŞ, Böyük Britaniya, Kanada, Norveç, İsveçrə hökumətləri, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər maliyyə təşkilatlarına təqdim olunub.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →