19 
Apr
2021
22:14
294

Hartzel: "Bu gün çox vacib və əlamətdar bir gündür, mənim üçün..."

"Bu gün çox vacib və əlamətdar bir gündür, mənim üçün duyğularla dolu bir gündür, çünki dörd ay ərzində vasitəçi prosesində, daha sonra Şarl Mişel və onun şəxsi nümayəndəsi Danielson-un rəhbərlik etdiyi vasitəçilik prosesində iştirak etdik".

InterPress.ge xəbər verir ki, AB-nin Gürcüstandakı səfiri Karl Hartzel bu sözləri tərəflərin Şarl Mişel tərəfindən təqdim olunan sənədi imzaladığı Prezident Sarayında söyləyib.

Səfirin sözlərinə görə, bugünkü razılaşma ölkə üçün çox vacibdir.

“Bugünkü razılaşmanın imzalanması ilə bu proses bitməyəcək, əksinə Parlamentdə davam edəcək birgə fəaliyyətimizin yeni bir fəsli başlayacaq. İndi çox vacib bir məqamdır və bu məsələdə iştirak edən AB səfiri olaraq bunu xüsusilə vurğulamaq istərdim. Bu gün buraya toplaşanların əksəriyyəti yalnız bu müqaviləni imzalayan insanlar deyil, eyni zamanda Gürcüstan vətəndaşlarıdır. Bu müddət ərzində etdiyimiz əməkdaşlıq üçün hər kəsə təşəkkür edirəm", - dedi Hartzel.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər