26 
Yan
2020
22:01
951

Bidzina İvanişvili İsrailin Gürcüstandakı səfiri ilə görüşdü

“Gürcü Arzusu-Demokratik Gürcüstan” siyasi birləşmənin sədri, Bidzina İvanişvili İsrailin Gürcüstandakı səfiri, Ran Qidor ilə görüşüb.

İnterPress.ge Birinci Kanala istinadən xəbər verir ki, bu barədə məlumatı “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının mətbuat xidməti yayıb.

“Gürcü Arzusu” partiyasının məlumatına görə, görüşdə Gürcüstan-İsrail arasında 26 əsrlik dostluğa xüsusi diqqət yetirildi.

“Mənim üçün sevindirici haldır ki, cənab Bidzina və onun həyat yoldaşının qonağıyam. Tbilisiyə yeni səfir statusu ilə üç həftə bundan əvvəl gəldim. Çox istəyirdim ki, İsrailin böyük dostu kimi sizə şəxsən təşəkkürümü bildirəm. Gürcüstanda yəhudi icmasının böyük dostu olduğunuza və onun işinə dəstəyinizə görə minnətdarlığımı bildirirəm”, – səfir qeyd edib.

Bidzina İvanişvili Gürcüstan-İsrail arasında 26 əsrlik dostluq daha da dərinləşdiriləcəyini qeyd edib.

“İki həftə bundan əvvəl keçmiş səfiri, Şaptay Surini yola saldıq. Mən onunla dostluq edirəm və bu dostluqla fəx edirəm. Əminəm ki, yeni səfir də ölkəmiz üçün yaxşı olacaq və Gürcüstan-İsrail arasında 26 əsrlik dostluq daha da dərinləşdiriləcək”, – Bidzina İvanişvili qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər