Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının sayı 148-ə çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bildirilib ki, hazırda ölkə üzrə karantində 5550, stasionar müalicədə isə 281 nəfər var.
