19 
Apr
2021
10:40
219

Gürcü Arzusunun sədri AB nümayəndəsinin hazırladığı müqaviləyə münasibət bildirdi

"İmzamız təqdim olunan sənəddə qeydə alınıb, bu gün bunun dəyişdirilmiş versiyasını gördük, ilkin versiyasını artıq imzalamışıq, indi müxalifəti gözləyirik, onların mövqeləri maraqlıdır".

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu" fraksiyasının sədri Mamuka Mdinaradze Gürcüstanın Birinci Kanalına deyib.

"Təqdim olunan sənəddə imzamız artıq qeydə alınıb, bu gün bunun dəyişdirilmiş versiyasını gördük. İlkin versiyanı artıq imzalamışıq, təbii olaraq indi müxalifəti gözləyirik. Onların mövqeləri maraqlıdır.

Bu gün İrakli Kobaxidze də Gürcüstanda deyil, səfərdədir, həmçinin Baş nazir özünütəcriddən çıxasıdır. O vaxta qədər təbii olaraq nə siyasi şuranın, nə də çoxluğun iclasını tam olaraq keçirə bilməyəcəyik. Bundan sonra cari hadisələr barədə bir daha ictimaiyyətə məlumat verəcəyik. O zamana qədər müxalifətin qərarı yəqin ki, bilinəcək", - dedi Mdinaradze.

Bizimlə əlaqə saxlayın