19 
Apr
2021
00:05
476

Ramazan ayının altıncı gününün imsak, iftar vaxtları və duası...

Bu gün Ramazan ayının altıncı günüdür.

InterPress.ge xəbər verir ki, aprelin 19-da imsak vaxtı saat 04:34-də, iftar vaxtı isə 20:07-dədir.

Altıncı günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin”.

Tərcüməsi: “İlahi, öz minnət və qüdrətinlə məni bu gün sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul etsin!

InterPress.ge

Bizimlə əlaqə saxlayın