18 
Apr
2021
20:03
933

Qabal kənd sakini K.Namazov polisi yaraladı

Laqodexi bələdiyyəsində polisə balta ilə xəsarət yetirdi.

InterPress.ge xəbər verir ki, hadisə Qabal kəndində baş verib.

40 yaşlı Kamil Namazov onu yaxalamaq istəyərkən hüquq-mühafizə orqanlarının əməkdaşlarından birini yaralayıb.

Hadisə baş verməmişdən öncə ailəsi tərəfindən 112-yə zəng edib kömək üçün polis çağırılıb. Səbəb isə Kamil Namazov tərəfindən ailə üzvlərini balta ilə öldürmək istəməsi olub.

Polis Laqodexidə Arximed Klinikasına aparılıb.

Namazovu həbs etmək üçün əlavə polis qüvvələri səfərbər edilib.

Saxlanılan şəxsin valideynləri gəncin son vaxtlar narkotik istifadə etdiyini və psixi problemlərinin olduğunu söyləyirlər. Ailə üzvlərinə və digər vətəndaşlara qarşı aqressiv davranırdı.

Faktla bağlı istintaq başladıldı.

Bizimlə əlaqə saxlayın