18 
Apr
2021
18:04
761

Gürcü Arzusu bəyanat yaydı

Avropa Birliyi və prezident Şarl Mişelin himayəsi ilə təqdim edilən sənəd artıq biz tərətdən imzalanıb, indi sıra müxalifətdədir.

InterPress.ge xəbər verir ki, bu haqda "Gürcü Arzusu" partiyasının bəyanatında bildirilir.

"Gürcü Arzusu" müxalifəti ölkənin maraqlarını hər şeydən üstün tutmağa və sənədi imzalamağa çağırıb.

"İctimaiyyətə xatırlatmaq istərdik ki, müxalifətin bir hissəsi Gürcüstan vətəndaşları tərəfindən 31 Oktyabr 2020-ci il seçkilərində verilmiş parlament mandatını yerinə yetirməkdən imtina etdikdən sonra Avropa Şurasının Prezidenti Şarl Mişel vasitəçilik etməyə hazır olduğunu bildirdi. Prezident Mişel Avropa Birliyinin himayəsi ilə tərəflərin mövqelərini qiymətləndirən və ABŞ və AB səfirlərinin fəal iştirakı ilə tərəflər arasında ədalətli razılaşmanın şərtlərini müəyyənləşdirən sənəd hazırlayan Kristian Danilesonu göndərdi.

Ölkə qarşısında məsuliyyətini dərk edən "Gürcü Arzusu" bu sənədi imzaladı və əlavə olaraq özünüidarəetmə seçkilərində 40% etimad prinsipini tətbiq etməyə hazır olduğunu bildirdi. "Gürcü Arzusu" razılığa gəlmək üçün bir sıra vacib kompromis addımlar atdı.

Avropa Birliyi və Prezident Şarl Mişel tərəfindən təqdim edilən sənəd artıq imzalanmışdır. İndi sıra müxalifətdədir. Müxalifəti ölkənin maraqlarını hər şeydən üstün tutmağa və sənədi imzalamağa çağırırıq.

Rəqiblərimizə bu gün ölkəmizin ciddi problemlərlə üzləşdiyini bir daha xatırladırıq. Gürcüstan pandemiya və pandemiyanın yaratdığı iqtisadi və sosial problemlərlə mübarizə aparır. Bölgədə çətin geosiyasi vəziyyət yaranıb. Belə vaxtlarda bütün ölkə çətinliklər ətrafında birləşməli və siyasətçilər ölkənin və cəmiyyətin üzləşdiyi problemlərin həlli üçün çalışmalıdırlar", - deyilir bəyanatda.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər