Kobaxidze Nika Melianın həbs olunmasına görə Saakaşvilini ittiham etdi
"Bu gün Nika Melianın həbsdə olması, həqiqətən, rus oyunudur ki, bu oyun da Nikanor Melianın iştirakı ilə Mixail Saakaşvili tərəfindən oynanılmışdır".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusunun sədri İrakli Kobaxidze İmedi TV-də deyib.
"Elektron qolbağını ona görə atdı ki, rus oyunu oynayırdı və nəhayət girovu ona görə ödəmədi ki, rus oyunu oynayırdı. Sonda özü özünü tutdurdu və bu da bir rus oyunu idi. Prosesi özü apardı, ilk növbədə Mixeil Saakaşvili, daha sonra Nikanor Melia. Bu, əlbəttə ki, rus oyunudur. Bizim vəzifəmiz kiminsə rus oyununu davam etdirməsinə imkan verməməkdir. Bu səbəbdən AB-nin təklif etdiyi sənədi imzaladıq. İndi həqiqətən müxalifət təsdiqləməlidir ki, o rus oyununu davam etdirir, ya gürcü oyununa başalamaq istəyir", - dedi Kobaxidze.
Kobaxidzenin dediyinə görə, özlüyündə müxalifətin sənədi imzalaması barədə iki fikir yoxdur.


