Kobaxidze: "Gürcü Arzusu" razılığa gəlmək üçün mümkün olan hər şeyi etdi"
"Gürcü Arzusu" razılığa gəlmək üçün mümkün olan hər şeyi etdi, lakin müxalifət dağıdıcıdır, bunun da müəyyən bir səbəbi var.
InterPress.ge xəbər verir ki, bu barədə "Kronika" da "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze bildirib.
“Bunlar müxalifət tərəfindəki radikallar və onların lideridir. Bilirik ki, müxalifətin əsl lideri Mixail Saakaşvilidir, onun üçün hər hansı bir konstruktiv addım və razılaşma qəbuledilməzdir.
Saakaşvilinin iki resursu var: bu, Gürcüstandan apardığı pul, ikincisi isə media mənbəyidir. Məhz bu pul və media mənbəyi əsasında müxalifətin daxilindəki vəziyyətə nəzarət etməyi bacarır. O, eyni zamanda müxalifətin böyük bir hissəsinin, təklif olunan AB sənədini hələ də imzalamamasını təmin etməyi bacarır", - dedi Kobaxidze.


