17 
Apr
2021
11:06
2165

Gürcüstanda Hüseynovlar ailəsi ad günü keçirdiyinə görə cərimələndi

Poniçalada (Soğanlıqda) səs- küy yaranıb.

InterPress.ge xəbər verir ki, səs- küyə səbəb pandemiya şəraitində tətbiq olunan məhdudiyyətlərin pozulması olub.

Məlumata görə, Vahid Milli Hərəkatın Qrcanisi üzrə üzvü övladına ad günü qeyd edib. Daxili İşlər Nazirliyinin 3 ekipajı bundan xəbər tutaraq, Hüseynovlar ailəsinə gedərək, onları 2000 lari cərimələyib.

Hüseynovlar ailəsinin açıqlamalarına görə, onlara yazılan cəriməni şikayət edəcəklər.

"Mən Polşadan yeni gəlmişəm və 10 nəfərdən ibarət qızıma ad günü keçirirdim. Qonaqlar isə qardaşım və onun ailəsidir və.s. Kimsə yalandan məlumat verib ki, guya mən qızıma toy edirəm. Mənim 10- 15 nəfərlə qızıma ad günü qeyd etməyə haqqım yoxdur?".

"Maksimum 20 nəfər idik. Biz heç bir qanun pozuntusu etməmişik".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər