02 
Apr
2020
19:48
1346

Gürcüstan ombudsmanı milli azlıqlarla bağlı siyasətə görə hökuməti tənqid edib

Gürcüstanda milli azlıqlar arasında dövlət dili səviyyəsi aşağı olaraq qalmaqdadır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanı Nino Lomcarianın ölkədə insan hüquq və azadlıqlarının vəziyyətinə dair illik hesabatında bildirilib.

Ötən ili əhatə edən sənəddə etnik azlıqların əsas problemləri kimi təhsilin əlçatanlığı, mədəni irsin qorunması və qərar qəbuletmə prosesində iştirakla bağlı olduğu qeyd olunub.

Ombudsmanın rəyinə əsasən, dövlət dilinin tədrisi ilə bağlı problem xüsusilə kəskindir: “Dövlət dilinin tədrisi üzrə proqramın illərdir mövcud olmasına baxmayaraq, gürcü dilinə yiyələnən və danışan milli azlıq nümayəndələrinin sayı azdır”.

Hesabatda 2019-cu ildə dini azadlığın qorunması ilə bağlı vəziyyətin yaxşılaşmadığı da bildirilib: “Dini təşkilatların vergi və əmlak məsələləri həll olunmamış qalır: Restitusiya probleminə görə artıq 30 ildir Gürcüstanın dini və etnik müxtəlifliyini əks etdirən abidələr uçulub dağılır”.

Hesabat artıq ölkə parlamentinə təqdim olunub.(report)

Bizimlə əlaqə saxlayın