02 
Apr
2020
16:33
630

Gürcüstanda dövlət məmurları koronavirus testindən keçiriləcək

Gürcüstanda distant şəraitdə işləməyən dövlət məmurları koronavirus testindən keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.

O deyib ki, hazırda hökumət üzvlərinin koronavirus testi aparılmır: “Təsdiqlənən yeni alqoritmə əsasən, yüksək riskli peşələrin siyahısı hazırlanacaq və həmin peşə sahibləri test olunacaqlar”.(report)

Bizimlə əlaqə saxlayın