02 
Apr
2020
15:16
1873

Ekaterine Tikaradze: "Virusun pik mərhələsini aprelin ikinci yarısından gözləyirik"

"Düşünürük ki, koronavirusun pik mərhələsinin aprelin ikinci yarısında başlamaq ehtimalı var".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə naziri Ekaterine Tikaradze deyib.

O, bildirir ki, başdan da, gözlənilirdi ki, aprelin 10-a qədər vəziyyət biraz çətinləşəcək, ancaq kontrol altıda olacaq.

“Planımıza uymağa davam edirik və bu gün ölkədəki vəziyyət kontrol altındadır, çünki virusa yoluxanların kimlərlə ünsiyyətdə olduğunu müəyyən edə bilirk.

Biz düşünürük ki, koronavirusun yayılmasının pik mərhələsi aprelin ikinci yarısından olacaq və vəziyyətin inkişafı və virusun yayılması müddətinin nə qədər davam edəcəyi, vətəndaşların hərəkətlərindən və iqtidar tərəfindən həyata keçirilən tədbirlərdən asılı olacaq” – dedi Ekateine Tikaradze.

Bizimlə əlaqə saxlayın