Gürcüstanda koronavirusa yoluxan Marneuli sakini olan 62 yaşlı qadın süni tənəffüs aparatından ayrılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.
Onun sözlərinə görə, pasiyent xəstəxanaya daxil olarkən kliniki tibbi şöbəyə yerləşdirilib: “Həkimlər qadının vəziyyətini olduqca ağır qiymətləndiriblər. Hazırda pasiyentin vəziyyəti sabitdir və müsbət dinamika müşahidə olunur. Qadın adekvatdır və bir neçə saatdan sonra intensiv terapiya mərkəzindən müalicə şöbəsinə köçürüləcək”.(report)
